yol

Oktyabrın 23-də Qaradağ rayonunda avtomobildə partlayışın baş verməsi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Belə ki, məlumata görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin qaz balonu olub. Bildirilir ki, bu cür maşınlar yollarda ciddi risk yaradır.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, sözügedən olay səhlənkarlığın nəticəsi ola bilər:

aslan esedov

Aslan Əsədov

“Bu o demək deyil ki, qazla işləyən avtomobillərdən imtina etməliyik və ya alternativ yanacaq növlərindən istifadə etməməliyik. Əsas məsələ ondadır ki, yanacaqla işləyən avtomobillərdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə olmalıdır. Əks halda müəyyən narahatlıqlar və problemlər yarana bilər. Bunun üçün birinci növbədə təhlükəsizlik qaydalarına ciddi riayət edilməli, yol hərəkəti qaydaları və texniki təhlükəsizlik tələbləri nəzərə alınmalıdır. Əgər bu tədbirlər görülməzsə, potensial problemlərin yaranması qaçılmaz olacaq və onların həlli çətinləşəcək”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza isə bildirib ki, partlayış əsasən sonradan quraşdırılmış qaz balonlarında baş verir:

“Sonradan quraşdırılan balonlar təhlükəli olur. Amma zavodun qoyduğu balonlar da mütəmadi yoxlanılmalı, lazım gəldikdə dəyişilməlidir”.

 

View this post on Instagram

 

A post shared by Globalinfo.az (@globalinfo_az)

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: