ordu turk azerbaycan 132

“Tehran Zəngəzur dəhlizi ətrafındakı situasiyanı çox diqqətlə izləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Tehrandakı “Ay Data” ofisinin rəhbəri İsak Yunanesyan deyib.

O iddia edib ki, İran Ermənistanla əlaqəsi kəsiləcəyi təqdirdə onun şimal-qərbinin türk qüvvələrinin tam əhatəsinə düşəcəyini anlayır:

“İran bu proseslərdən ciddi şəkildə narahatdır və indi parlament komissiyası səviyyəsində Ermənistan və Azərbaycanla sərhəddə təlimlərin təşkilini nəzərdən keçirir. İranın indi tutduğu mövqedən nə qədər imtina edəcəyini demək çətindir. Aydındır ki, Bakı və Ankara dəhlizi güc yolu ilə ələ keçirməyə çalışsa, Tehran hərbi müdaxilə edəcək. Lakin sual budur ki, Ermənistan özü bu dəhlizə razılıq versə, İran necə davranacaq? Bu mənim üçün sual olaraq qalır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: