Bakı-Qazax yolunda 13 maşın bir-birinə belə dəydi – VİDEO

Bakı-Qazax yolunun 30-cu kilometrində ötmə qaydasını pozan yük maşını zəncirvari qəzaya səbəb olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə magistral yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qəzaya səbəb hərəkətdə olan iki yük maşınından birinin ötmə qaydasını pozaraq idarətmədən çıxması olub.

Hadisə nəticəsində 13 avtomobilə ziyan dəyib, 3 nəfər xəsarət alıb.

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.