Bahar Muradova Tehrandan belə paylaşım etdi – FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə B.Muradova şəxsi Facebook hesabında paylaşım edib:

“Xaribülbül “Vətən Bağı”nda olmasa da, yaxamızda Tehrana gəldi…”.

Xatırladaq ki, ötən həftə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da Xarı bülbül nişanı ilə gündəmə gəlmişdi. O, səfir kimi etimadnaməsi Fransa prezidenti Emmanuel Makrona təqdim edərkən yaxasına Xarı bülbülü simvolizə edən nişan taxmışdı. Xanım səfirin bu jesti Azərbaycanda böyük rəğbətlə qarşılanmışdı. İnsanlar Leyla Abdullayevanı buna görə alqışlamışdılar. Həmçinin mediada onun bu davranışı ciddi müzakirə edilmişdi.

Zaira Akifqızı

Globalinfo.az