Ermənistan Mərkəzi Bankı Azərbaycandan bu ölkəyə külli miqdarda pul köçürülməsi ilə bağlı iddialara cavab verib.
Globalinfo.az xəbər verir ki, bank Ermənistanda yaşayan fiziki şəxslərin adına ən çox pul göndərilən 50 ölkənin siyahısını dərc edib.
Siyahıda həmçinin Ermənistan vətəndaşlarının ən çox pul transferi etdiyi ölkələr yer alıb.
Bank Azərbaycanın bu siyahıda olmadığını açıqlayıb. Bildirilir ki, buna səbəb Azərbaycandan pul transferlərinin ümumiyyətlə həyata keçirilməsi, ya da diqqətə alınmayacaq qədər cüzi miqdar təşkil etməsidir.
Ayşən Mustafa
Globalinfo.az