
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ı ticarət müharibəsini başlatmaqdan çəkinməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, o, ABŞ-ın Avropa Birliyinin mallarına gömrük rüsumlarının tətbiqinin Amerika iqtisadiyyatına zərər verəcəyini, inflyasiyanı artıracağını deyib. Makron qeyd edib ki, Vaşinqton İttifaqını ilə ticarət müharibəsini başlatmaq yerinə Çinlə qarşıdurmaya, Yaxın Şərq böhranına və Ukraynadakı müharibəyə fokuslanmalıdır:
“Avropa sizin müttəfiqinizdir. Əgər istəyirsinizsə, Avropa investisiyalarla, müdafiə və təhlükəsizlik məsələləri ilə məşğul olsun, o zaman qitənin iqtisadiyyatını tariflərlə təhdid edib, zərər vermək olmaz”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə Avropa İttifaqını gömrük rüsumları ilə təhdid edib. O buna səbəb kimi Avropa ilə ticarətdə olan defisiti göstərib.
Əliyar Xəlil
Globalinfo.az