Azərbaycanda pul köçürmələri zamanı problem yaşandı

Azərbaycanda onlayn pul köçürmələri zamanı yaranan problem aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərikard” məlumat yayıb.

Bildirilib ki, “Azərikard” prosessinq mərkəzinin sistemində baş verən bütün məhdudiyyətlər aradan qaldırılıb, bütün fəaliyyət tam olaraq bərpa edilib.

***

Azərbaycanda onlayn pul köçürmələri zamanı problemlər yaşanıb.

Globalinfo.az xəbər verir ki, “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb.

“Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq”, – deyə “Azərikard”dan bildirilib.

“Rabitəbank”dan bildiriblər ki, “Azərikard” prosessinq mərkəzində yaşanan texniki çətinlik ilə əlaqədar mobil tətbiqdə kart məlumatları əks olunmur. Hazırda çətinliyin aradan qaldırılması üçün işlər aparılır.