Azərbaycanda bu qış hava necə keçəcək?

Proqnozlara görə, 2024-cü ilin yanvar-fevral aylarında havanın orta temperaturu bir neçə dərəcə yüksək olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, son illərdə müşahidə edilən qlobal istiləşmə, iqlim dəyişmələri Azərbaycandan da yan keçmir.