WhatsApp Image 2025 05 08 at 11.37.06

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” tədbiri təşkil olunub.

Globalinfo.az bildirir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri və həmkarlar ittifaqlarının çoxsaylı üzləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.

Tədbirdə vurğulanıb ki, xalqımızı ağır sınaqlardan, ölkəmizi dərin böhrandan xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın tərəqqi və inkişaf yolunun əsasını qoyub. Milli maraqları hər şeydən üstün tutan, demokratik prinsiplərə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verən Ümummilli Liderimiz həmkarlar ittifaqlarına böyük diqqət və qayğı göstərib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının formalaşmasında və fəaliyyətinin genişlənməsində dahi şəxsiyyətin tövsiyə və məsləhətləri bu gün də əsl yol xəritəsidir.

Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin bildirilib ki, dövlətimizin başçısının birgə addımladığı, ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin daha da qüdrətlənməsində xidmətləri əvəzsiz, dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsində və təbliğində Ulu Öndərin adını daşıyan, işıqlı ideyalarını yaşadan Heydər Əliyev Fondunun rolu misilsizdir.

Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim olunub. Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi, rəğbət bəslədiyi musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb və tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

WhatsApp Image 2025 05 08 at 11.36.51WhatsApp Image 2025 05 08 at 11.36.51 1WhatsApp Image 2025 05 08 at 11.36.52WhatsApp Image 2025 05 08 at 11.36.08 1WhatsApp Image 2025 05 08 at 11.36.52 2WhatsApp Image 2025 05 08 at 11.36.52 3WhatsApp Image 2025 05 08 at 11.36.54WhatsApp Image 2025 05 08 at 11.36.54 1WhatsApp Image 2025 05 08 at 11.36.55WhatsApp Image 2025 05 08 at 11.36.56WhatsApp Image 2025 05 08 at 11.36.56 1WhatsApp Image 2025 05 08 at 11.36.57

WhatsApp Image 2025 05 08 at 11.36.57 1

WhatsApp Image 2025 05 08 at 11.36.58WhatsApp Image 2025 05 08 at 11.36.59

WhatsApp Image 2025 05 08 at 11.36.58 1WhatsApp Image 2025 05 08 at 11.37.01

WhatsApp Image 2025 05 08 at 11.37.02 WhatsApp Image 2025 05 08 at 11.37.02 1

WhatsApp Image 2025 05 08 at 11.37.03WhatsApp Image 2025 05 08 at 11.37.04WhatsApp Image 2025 05 08 at 11.37.05WhatsApp Image 2025 05 08 at 11.37.05 1

Paylaş: