gence stadionu

Azərbaycan Kubokunun finalı tarixdə ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov məlumat verib.

O bildirib ki, qərar PFL-in təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı əsasında qəbul olunub.

Xatırladaq ki, Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi sabah keçiriləcək.

Paylaş: