Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçildi – YENİLƏNİB

Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, AYB-nin XIII qurultayında səsvermə keçirilib.

Səsvermə nəticəsində Anar növbəti müddətə AYB sədri seçilib.

***15:23

Yazıçılar Birliyinin XIII qurultayında hər birində 5 üzv olmaqla 4 komissiya heyəti təsdiq olunub.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, komissiyanın sədr və üzvləri aşağıdakılardır:

Qurultayın katibliyinin sədri Adil Cəmil, üzvlər isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur;

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu;

Mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif;

Seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

Qeyd edək ki, qurultayın sədr seçkisi çıxış və məruzələr bitdikdən sonra saat 16:30-dan sonra baş tutacaq.

***11:46

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və XIII qurultayın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, müraciəti  AYB-nin katibi İlqar Fəhmi oxuyub.

Müraciətdə yazıçılar Azərbaycanın tarixi qələbəsinə, ədəbiyyat sahəsinə gösrdiyi diqqət və qayğısına təşəkkür ediblər.

***11:38

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı davam edir.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara müraciət ünvanlayıb. Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

***11:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.

Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.

XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.

AYB-nin hazırki sədri Xalq yazıçısı Anar Rzayevdir.