Aylar sonra bir İLK: “Putinin aşpazı”nın videosu yayıldı

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyada baş verən iyun qiyamından sonra ilk dəfə videomüraciət yayıb.

Globalinfo.az xəbər verir ki,Afrikada olduğunu bildirən Proqojin vaqnerçilərin dəstəsinə qoşulmaq üçün işə qəbulun elan edildiyinj açıqlayıb.

O, insanları dəstəyə qoşulmağa səsləyib:

“İstilik dərəcəsi 50-dən yuxarıdır. “Vaqner” PMC Rusiyanı bütün qitələrdə daha da böyüdür. İŞİD,Əl-Qaidə və digər qanqsterlərin kabusu…Afrika daha da azad olur. Əsl qəhrəmanları işə götürürük. Biz qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə davam edirik,bunun üçün söz vermişik”.


Ayşən Mustafa

Globalinfo.az