Dağıntı altındakı tələbələrimiz haqda ÜMİDVERİCİ XƏBƏR: “Səslər gəlir…” – VİDEO

***
12:09

“Azərbaycanlı tələbələrin olduğu binanın altında 50 nəfər qalıb, onlardan 18-i yaşayır. Yəni 18 nəfərin səsi müəyyən edilib”.

Bunu Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin dostu Qurbanov Sahil Globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda axtarışlar tam sürətlə davam edir:

“Əraziyə yeni xilasedici qruplar gəlib. Eləcə də dinləmə cihazları gətirilib. Binada axtarışlar güclənib. İnşallah, ümidimiz budur ki, sağ-salamat tapılacaqlar”.

Qeyd edək ki, ötən gün Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbə Şahin Vəliyevin cansız bədəninin tapılması haqda xəbər yayılıb. Daha sonra bu iddia təsdiqini tapmayıb. Şahinin anası Globalinfo.az-a açıqlamasında bildirib ki, xilasedicilər azərbaycanlı tələbələrin yaşadıqları binada axtarış aparırlar.

Zaira Akifqızı
Globalinfo.az