Avroviziya təmsilçimizə ağır itki – FOTO

“Avroviziya” təmsilçimiz olan Aiselə (Aysel Məmmədova) ağır itki üz verib.

Globalinfo.az  xəbər verir ki, müğənninin atası Firudin Quliyev vəfat edib.

Qeyd edək ki, F.Quliyev Azərbaycan Milli Konservatoriyasının Konsert-Yaradıcılıq və Kütləvi Tədbirlər Departamentinin rəhbəri idi.

Xatırladaq ki, A. Məmmədova “Avroviziya” mahnı müsabiqəsində 2018-ci ildə iştirak edib.