Paytaxtda yolun ortasında maşın alovlandı

Paytaxtın Yasamal rayonunda Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, ilkin məlumata görə avtomobilin matorxanasında alışma qısa qapanmadan baş verib. Xəsarət alan yoxdur.

Araşdırma aparılır.

Zaira Akifqızı 

Globalinfo.az