3qrltfu armed

Husilər Yəmənin cənub-qərbindəki Taiz vilayətində Prezident Rəhbərlik Şurasının Sədri Rəşad əl-Əliminin evini ələ keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya məlumat yayıb.

***12:07

“Ənsar Allah” (husilər) hərəkatı Yəmənin iki əyalətində Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin mövqelərini hədəfə alaraq, düşmənin şəxsi heyətinə və hərbi texnikasına ciddi ziyan vurub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya məlumat yayıb.

“Son saatlar ərzində husilərin silahlı qüvvələri Əl-Cəvf əyalətindən şərq istiqamətində Səudiyyə qoşunlarının mövqelərinə onlarla zərbə endirib. Bundan əlavə, ordumuz Mərib əyalətində Səudiyyə qüvvələrinin cəmləşdiyi ərazilərə də hücum əməliyyatları həyata keçirib”, – deyə bəyanatda qeyd olunur.

Y.Sariyanın sözlərinə görə, həyata keçirilən bu iki əməliyyat gedişatında rəqib ordu canlı qüvvə itkisinə məruz qalıb, həmçinin “bəzi hərbi texnikalar yandırılıb”.

Hərbi nümayəndə vurğulayıb ki, husilərin həmlələri nəticəsində koalisiya qüvvələrinin bəzi hərbi bölmələri Taiz əyalətindəki mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb.

Xatırladaq ki, oktyabrın 5-də Yəmənin Prezident Rəhbər Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi paytaxtı üsyançılardan təmizləmək məqsədilə irimiqyaslı “Yəmənin sübhü” adlı hərbi əməliyyata başlanıldığını elan etmişdi. Ərəb koalisiyası qırıcılarının dəstəyi ilə hökumət qoşunları husiləri Zubab bölgəsindən sıxışdırıb çıxarıb və Bab-əl-Məndəb boğazı üzərində nəzarəti yenidən bərpa edib. Yəmən ordusunun hücuma keçən quru qoşunlarına hava dəstəyi təmin etmək üçün Ər-Riyadın rəhbərlik etdiyi alyans sözügedən əməliyyata 100 qırıcı təyyarə cəlb edib.

Paylaş: