Avropa Oyunları: Bir idmançımız medalı təmin edib

Azərbaycanın daha bir karateçisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 60 kq-da yer alan Əminağa Quliyev A qrupundakı sonuncu görüşündə polşalı Arkadiuş Kvasnyevskiyə 1:0 hesabı ilə qalib gəlsə də, yarımfinala adlaya bilməyib.

Daha əvvəl qadınlardan Fidan Teymurova (50 kq) və Mədinə Sadıqovanın (55 kq) yarışı medalsız başa vurması dəqiqləşib. Kişi karateçilərdən isə Tural Ağalarzadə (67 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.