08c1dff8 67da 3526 891e a095769402e8 850

“Kiyev danışıqlara başlamasa, cəbhə 3-4 aya dağılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezident aparatının keçmiş müşaviri Aleksey Aretoviç deyib.

O bildirib ki, oktyabr və noyabr ayları Ukrayna üçün çox çətin olacaq. Çünki rus qoşunları öz imkanlarını maksimuma çatdırıb.

“Ukrayna silahlı qüvvələr qura bilmədiyi üçün münaqişədə şansını əldən verdi. Hazırda cəbhə dörd əsas istiqamətdə dağılır. Pokrovsk, Çasovoy Yar, Toretsk və Kursk vilayətində Ukrayna ordusunun fəaliyyəti sual altındadır. Ruhdan düşmüş hərbçilər arasında qaçmaq və təslim olmaq istəyi geniş vüsət alır. Odur ki, Ukrayna problemlərini hərbi yolla həll edə bilməyəcək”, – deyə Arestoviç vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: