Türkiyə və Ermənistan diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün viza tələblərini sadələşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin əldə etdiyi razılaşma əsasında qəbul edilib.
Razılaşmaya əsasən, 1 yanvar 2026-cı il tarixindən etibarən Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri elektron vizanı (e-viza) ödənişsiz əldə edə biləcəklər.
Qeyd olunur ki, bu addım Ankara və İrəvan arasında etimadın möhkəmləndirilməsi və əlaqələrin mərhələli şəkildə normallaşdırılması istiqamətində atılan mühüm tədbirlərdən biridir.
Əliyar Xəlil