Amerikalıların neçə faizi İsrailin müharibəsini dəstəkləyir? – Sorğu

Amerika əhalisinin 82 faizi tam qələbəyə qədər İsrailin hücumlarını davam etdirməsini istəyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, bu qənaətə Harvard CAPS/Harris sorğusunun nəticələrinə əsasən gəldiyini açıqlayıb.

“ABŞ sakinlərinin əksəriyyəti HƏMAS-ı yox, İsraili dəstəkləyir. Müharibənin əvvəlindən mən İsrailə dəstək qazanmaq üçün siyasi kampaniya aparıram. Biz bu sahədə əhəmiyyətli irəliləyişə nail olmuşuq. Çünki Harvard -Harris sorğusunun nəticələri açıqlanıb. Nəticələrə görə Amerika əhalisinin 82 faizi İsraili dəstəkləyir. Bu o deməkdir ki, ABŞ-ın hər beş vətəndaşından dördü İsrailin apardığı müharibəyə tərəfdardır. Bu, bizə tam qələbəyə qədər hücumları davam etdirmək üçün güc verir”, – Netanyahu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az