Amerikalı professor: Ukrayna Krım və Donbası öz nəzarətində saxlaya bilərdi

“Ukraynanın NATO-ya dəvət edilməsi fəlakətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mearsheimer deyib.

O bildirib ki, NATO-nun 2008-ci ildə Ukraynanı alyansa dəvət etməsi blok üçün fəlakət oldu.

“Gəlin 2008-ci ilin aprelinə qayıdaq. O zaman biz Ukraynanın NATO-ya üzv olmasına icazə vermək qərarına gəldik. Bununla da biz fəlakətli siyasi nəticələr toplusunu hazırlamışıq olduq. Bu, gələcəkdə fəlakətə gətirib çıxaracaq”.

Amerikalı professor Qərbin bu addımını dəlilik adlandırıb:

“NATO-ya dəvət olmasaydı, Kiyev Krımı və Donbası öz nəzarəti altında saxlaya bilərdi. Üstəlik, dünya birliyi Şərqi Avropadakı bu problemlərə düçar olmazdı”.

Qeyd edək ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson martın 11-də Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına icazə verməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az