Akşener aylar sonra etiraf etdi: “Kaş o masaya qayıtmazdım…”

“İndiki ağlım olsaydı, o altılı masaya qayıtmazdım”. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener deyib.

M.Akşener 2023-də keçirilən prezident seçkilərinə namizədin seçilməli zamanı “Millət İttifaqı”nın olduğu altılı masaya geri döndüyünə görə peşman olduğunu bildirib:

“Həmin günü 6 dost oturmuşduq, prezident seçkilərinə namizədin necə müəyyən ediləcəyi haqda danışırdıq. Bir də gördüm namizədin adı müzkairə edilir. Etiraz etdim, dedim biz onun necə müəyyən ediləcəyini danışmalı idik. Ona görə də heç kimi incitmək istəmirəm. Nəticədə 5 nəfər Kamal Kılıçdaroğlunun adını dedi. Mən də insanların istədiyi 2 nəfərin adını çəkdim. Dedim yaxşı, Kamal bəyin də adı olsun, bu iki nəfərin də, başqaları varsa, onların da namizədliyi önə sürülsün, müzakirə edək. Əli Babacan dedi ki, siz istəmirsizsə, gedin, biz 5 nəfər Kamal bəyi təsdiqləyirik. Dedim, yaxşı. Sonra həm Əli Babacan, həm də cənab Davudoğlu “yox yox” deyə bildirdilər Mən də vəziyyəti ələ almaq və namizədi müzakirə etmək üçün geri döndüm. Çox peşamanam, indiki ağlım olsa idi, geri dönməzdim”.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyədə müxalifətin “millət ittifaqı”nın prezident seçkilərinə namizədini müəyyənləşdirmək üçün toplantı keçirilmişdi. Nəticədə ciddi qalmqalar yaşanmış, Meral Akşener əsəbi şəkildə masadan qalxmışdı.

Əliyar Xəlil
Globalinfo.az