“Qafqazinfo” əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.
Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri – Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.
Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.
***15:39
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.
Onlar rüşvət almaqda ittiham olunur.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.
***
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
Əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq, Bakıya gətirilib.
Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.