ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna ilə bağlı mümkün görüşün Cenevrədə keçirilə biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində danışıb.
İsveçrə Xarici İşlər Nazirliyi isə açıqlamanı şərh etməkdən imtina edib.
“İsveçrə əvvəlki kimi özünün xoş niyyətli vasitəçiliyini təklif etməyə hazırdır. Xarici İşlər Nazirliyi bu prosesə cəlb olunan bütün tərəflərlə müxtəlif səviyyələrdə əlaqələrini davam etdirir”, – deyə TASS-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Aysel Əliyeva
Globalinfo.az