ABŞ səfiri niyə İrəvanda Bakı ilə münasibətləri masaya yatırdı?

“Ermənistanda deputatları Baş nazir Nikol Paşinyan və bəzi ölkələrin səfirləri idarə edirlər”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

“Dünən Qalstanyanın hərəkatı parlamentə yaxınlaşıb hökumətin istefasını tələb edəndə ABŞ səfiri Kristina Kuinn dərhal parlamenti ziyarət etdi. Ziyarətdə məqsəd Cənubi Qafqazdakı təhlükəsizlik situasiyası və Ermənistan-Azərbaycan danışıqlar prosesinin spiker Alen Simonyanla müzakirəsi olub”, – qəzet bildirib.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfirinin İrəvanda hökumət nümayəndələrinə təsirinin artması bundan öncə də gündəmə gəlib. Erməni müxalifəti hökuməti buna görə Rusiya ilə münasibətləri korlamaqda ittiham edir. Xüsusilə Brüsseldə ABŞ-Ermənistan-AB görüşündən sonra bu təsir daha çox hiss edilməyə başlanıb. Lakin Ermənistan hökuməti sözügedən iddiaları təkzib edir. Dünən parlamentdən sonra jurnalistlərə açıqlama verən Alen Simonyan da hər kəsin hökumətə qarşı olduğunu, amma onların yalnız xalqa güvəndiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az