pezeskian 1313112 900x527 1

İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorka gedir. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Belə ki, ABŞ administrasiyası BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirakına imkan verən vizaları təsdiqləyib.

Bildirilib ki, viza qərarı İranın əsas nümayəndə heyətinə, eləcə də səfər çərçivəsində onların fəaliyyətini təmin edəcək müşayiətçilərə şamil olunub.

Bununla yanaşı, İran nümayəndə heyətinin ABŞ-da olduğu müddətdə müəyyən qaydalara əməl etməsi tələb olunacaq.

Diplomatların Nyu-York ərazisində sərbəst hərəkət imkanları məhdudlaşdırılacaq.

ABŞ qanunvericiliyinə əsasən, nümayəndə heyətinin üzvlərinə bəzi dəbdəbəli məhsulların əldə edilməsi də qadağan ediləcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: