ABŞ-ın Livandakı səfirliyinin binası atəşə tutulub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Hadisəni törədən şəxsin Suriya vətəndaşı olduğu, Livan təhlükəsizlik qüvvələrinin ona cavab atəşi açıdığı bildirilir.
ABŞ səfirliyinin hadisə ilə bağlı yaydığı məlumatda deyilir ki, yerli vaxtla səhər saat 08:34-də diplomatik korpusun girişinin yaxınlığında atıcı silahlardan atəş açılıb. Səfirlik əməkdaşlarının təhlükəsizlikdə olduğunu vurğulanıb: “Araşdırmalar davam edir və biz ev sahibi ölkənin hüquq-mühafizə orqanları ilə sıx əlaqədəyik”.