ABŞ-dan Ukraynaya növbəti jest: Bayden imzalayacaq

“ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırmağa hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat dərc edib.

Məlumata görə, hərbi yardım paketi Ukrayna və İsraillə bağlı qanun layihəsinin qəbulundan sonra ayrılacaq.

Nəşr yazır ki, Nümayəndələr Palatasının ardınca Senat ABŞ-ın xarici müttəfiqlərinə, o cümlədən İsrail, Tayvan və Ukraynaya yardım etmək üçün qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. Senatda təsdiqləndikdən sonra qanun layihəsi ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacaq.

Rusiya isə hesab edir ki, Ukraynaya silah tədarükü münaqişənin nizamlanmasına mane olur və NATO ölkələrini birbaşa müharibəyə cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynaya göndərilən silah dolu yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir.

Əliyar Xəlil
Globalinfo.az