f 35

Türkiyə Amerika istehsalı olan F-35 qırıcıları proqramında iştirakını bərpa etmək üçün zəruri sayılan hüquqi tələbləri hələ yerinə yetirməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

F-35 proqramına qayıtmaq Ankara üçün əsas prioritetlərdən biridir. Xüsusilə də ABŞ Prezidenti Donald Tramp NATO sammitində bu addımı dəstəkləyəcəyini işarə etdikdən sonra, mövzu daha da aktuallaşıb. Xatırladaq ki, Türkiyə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemini əldə etdikdən sonra 2020-ci ildə proqramdan kənarlaşdırılıb.

NATO sammitindən sonra türkiyəli rəsmilər ölkənin F-35 proqramına qayıtmasına zəmin yaratmaq məqsədilə S-400 sistemlərinin mümkün satışı ilə bağlı Körfəz ölkələrindən biri ilə danışıqlar apardıqlarını bildiriblər. Lakin Dövlət Departamentinin Demokrat konqresmen Uesli Bellə ünvanladığı məktubunda qeyd olunur ki, Türkiyə proqrama bərpa olunmaq üçün ABŞ qanunvericiliyinin müəyyən etdiyi şərtləri hələ yerinə yetirməyib. Qurum əlavə edib ki, S-400 məsələsinin tənzimlənməsinə yönələn hər hansı proses “şəffaf, qanuni və ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: