ABŞ-ın Vermont və Massaçusets ştatlarının bəzi əyalətlərində ağcaqanadların daşıdığı şərqi at ensefaliti virusunun yayılması səbəbindən komendant saatı tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bu əyalətlərdə ölümcül virusun yayılmasının qarşısını almaq üçün ictimai tədbirlər təxirə salınıb.
Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin yüksək olduğu dövrdə axşam saat altıdan səhər saat altıya qədər küçəyə çıxmamağı tövsiyə edib.
Məlumata görə, virusun daşıyıcısı atlar olsa da, onu ağcaqanadlar yayır. Təxminən 30% hallarda insan orqanizminə daxil olan xəstəlik beyin ödəmi və ölümünə səbəb olur.