ABŞ-Avropa savaşı başlayır: Makron təcili Vaşinqtona yollandı

Fransa Prezidenti Emmanuel Makronun Vaşinqtona səfəri başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Fransa Press” agentliyi yayıb.

Məlumata görə, səfər dekabrın 2-nə qədər davam edəcək.

Səfər çərçivəsində Makronun Baydenlə görüşü keçiriləcək. Görüşdə əsas müzakirə mövzusunun tərəflər arasındakı ticarət mübahisələri olacağı vurğulanıb.

Qeyd edək ki, ABŞ-nin Avstraliya və Britaniya ilə AUKUS razılaşmasını imzalamasından sonra Parislə Moskvanın münasibətləri gərginləşib. Üstəlik, Ağ Evin inflyasiya ilə mübarizə üçün hazırladığı yeni qanun layihəsi də Fransanın vəziyyətini ağırlaşdırmaqla bərabər, AB ilə ABŞ arasında ticarət müharibəsinin başlanması imkanlarını formalaşdırıb. Xüsusilə Fransa bu qanun layihəsinin Avropada avtomobil sənayesini çökdürə biləcəyini düşünür.

İlkin
Globalinfo.az