
ABŞ Prezidentinin təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulan “Qiyamət günü təyyarəsi” E-4B Vaşinqton yaxınlığında eniş edib.
Globalinfo.az “Daily Mail”ə istinadla xəbər verir ki, strateji hərbi təyyarə Luizianadakı Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq uzun müddət Virciniya səmasında, paytaxt Vaşinqton ətrafında dövrə vurub.
Belə hadisə sonuncu dəfə 2001-ci il 11 sentyabrda – “Əkiz qüllələrə” edilən terror hücumundan sonra müşahidə olunmuşdu.
Qeyd edək ki, E-4B təyyarəsi ABŞ Silahlı Qüvvələrinin qlobal fövqəladə vəziyyətlər zamanı komanda idarəetmə mərkəzi kimi istifadə etdiyi hava gəmisidir. O, nüvə partlayışına belə tab gətirmək gücündədir və bu tip aktivlik ABŞ-ın ən yüksək səviyyədə hərbi hazırlıq vəziyyətinə keçdiyini göstərir.
Nəşrin iddiasına görə, bəzi müşahidəçilər bu uçuşu Yaxın Şərqdə nüvə eskalasiyasına dair artan qorxular fonunda prezidentin təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqələndirirlər.
Aysel Əliyeva
Globalinfo.az