66ef0e4b2572b66ef0e4b2572c172694279566ef0e4b2572966ef0e4b2572a

ABŞ-da atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, hadisə bu gün Minnesota ştatında Minneapolis şəhərinin mərkəzində baş verib.

Polis 20 və 21 yaşlı iki kişini, 16 və 17 yaşlı iki qızı, 21 yaşlı qadını yaralı aşkarlayıb. Həkimlərin səyinə baxmayaraq, yaralanan 2 kişi xəstəxanada həyatını itirib. Digər yaralıların həyatı üçün təhlükə yoxdur.

Atışma iki qrup arasında qarşıdurmadan sonra baş verib. Polis olayla bağlı 1 nəfəri saxlayıb.

Paylaş: