“Ermənistanın mövcudluğu sual altındadır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
“ABŞ Ermənistana Türk dünyası üçün ekzistensial problem kimi baxır. Yəni bu ölkə onların planlarının regionda gerçəkləşməsi üçün maneədir. Əgər Azərbaycan və Türkiyə arasında birbaşa əlaqə yaranarsa, bu, obyektiv şəkildə ciddi anti-Rusiya və anti-İran faktoruna çevriləcək”, – o bildirib.
Bozoyan iddia edir ki, ABŞ Qarabağdakı separatçı rejimin məhvini Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə gerçəkləşdirdi:
“Yəni onların vasitəçiliyi ilə Praqa sənədi imzalandı. ABŞ Ermənistanın məhvini isə sülh müqaviləsi hesabına həyata keçirəcək. Müqavilə imzalandıqdan sonra amerikalılar rus ordusunu Ermənistan ərazisindən çıxaracaqlar. Növbəti mərhələdə isə ölkənin Türkiyə tərəfindən yavaş-yavaş ələ keçiriləcək”.
Əliyar Xəlil
Globalinfo.az