IMG 1818

Argentina millisinin və “İnter Mayami” klubunun futbolçusu Lionel Messi atasının dəfn mərasimini icazəsiz işıqlandıran media nümayəndələrini məhkəməyə verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Fran Kasaretto “X” sosial şəbəkəsində məlumat yayıb.

“Messi jurnalistləri şəxsi həyatının toxunulmazlığı hüququnu pozmaqda ittiham edir. Futbolçunun atası Xorxe Messinin dəfn mərasimi avqustun 9-da qapalı formatda keçirilib”, – deyə o bildirib.

Qeyd edək ki, Xorxe Messi avqustun 8-də 68 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Xorxe Messi uzun illər ərzində oğlunun futbol karyerasının idarə olunmasında və peşəkar fəaliyyətində mühüm rol oynayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: