ABŞ bazalarına hücumun məqsədi budur – “Hizbullah”

İsrail Qəzzadakı hücumlarını genişləndirərsə, bunun ciddi nəticələri olacaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Hizbullah” baş katibinin köməkçisi Naim Qasım deyib.

O bildirib ki, “Hizbullah” Qəzza üzərində təzyiqləri azaltmağı hədəfləyir:

“Müqavimət qolları əsas planlayıcının ABŞ olduğunu gördü. Bu səbəbdən “dayan” mesajı ilə ABŞ-a hücum (ABŞ-ın Suriya bazalarına hücumlar – red.) edirlər. Biz Fələstin və regiondakı xalqımızı, sevdiklərimizi dəstəkləyə bilmərik, amma ABŞ dinc insanları öldürən İsrailin yanında dayana bilər?”