
ABŞ Avropadan Ukraynanın təhlükəsizliyinə zəmanətə və sülhməramlılara dair təkliflər gözləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Avropa ölkələrinə Kiyevə hansı təhlükəsizlik zəmanətləri verə biləcəkləri ilə bağlı sorğu ünvanlayıb. Eləcə də ölkəyə göndəriləcək sülhməramlıların və texnikanın sayı barədə məlumat istəyib.
Qeyd edək ki, mənbənin məlumatına görə, bu barədə müzakirələr avropalı liderlərin Ukrayna münaqişəsinin həllində iştiraklarının əhəmiyyətindən danışmasından sonra gündəmə gəlib.
Aysel Əliyeva
Globalinfo.az