Region genişmiqyaslı münaqişələr astanasında… – Araqçı

“Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-la dolayı danışıqlar dayandırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

“Bölgədəki xüsusi vəziyyətə görə hazırda danışıqlar prosesi dayandırılıb. İndi biz danışıqlar üçün əsas görmürük. İndiki böhrandan çıxandan sonra masa arxasına qayıdıb-qayıtmayacağımıza qərar verəcəyik. Həm ABŞ, həm də Avropa və region ölkələri İranın mövqeyinin nədən ibarət olduğunu bilməlidirlər. Biz dəfələrlə təkrar etmişik ki, müharibə və münaqişələr istəmirik. Buna tam hazır olsaq da, hesab edirik ki, diplomatiya ən yaxşı üsuldur. Region genişmiqyaslı münaqişələr astanasında ola bilər. Ancaq diplomatiya böyük böhranların qarşısını almaq üçün yeganə yoldur”, – deyə Araqçı vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az