
07.07.2024, saat 11:57
Avropa Birliyi Macarıstan baş naziri Viktor Orbanın Şuşaya səfər etməsinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, təşkilat adından reaksiyanı Avropa Birliyinin xarici işlər üzrə komissarı Cozep Borrel verib. O, X səhifəsində Orbanın AB-ni Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti almadığını bildirib.
Qeyd edək ki, Orban dünən Şuşada keçirilən TDT sammitində iştirak edib. Onun iştirakına səbəb isə Macarıstan TDT-da müşahidəçi statusuna sahib olmasıdır.
AB bundan öncə Orbanın Moskvaya səfəri zamanı da bənzər reaksiyanı vermişdi.
Əliyar Xəlil
Globalinfo.az