Türkiyəli reper BLOK3 yeni avtomobili ilə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, sənətçi Almaniyadan 7,8 milyon lirə, yəni təxminən 261 min manat dəyərində “Mercedes-Maybach GLS 600” markalı avtomobil alıb.
Reper yeni avtomobilinə öz səhnə adını əks etdirən xüsusi nömrə də sifariş edib. Belə ki, maşının üzərinə “BLOK 3” yazılı nişan taxdırılıb.
Qeyd edək ki, əsl adı Hakan Aydın olan BLOK3 “Kusura Bakma”, “Git” və “Napıyosun Mesela” mahnıları ilə geniş auditoriya tərəfindən tanınır.