nuv%C9%99 silahi

Rusiyanın “Bombora” nəşriyyatı nüvə müharibəsi şəraitində sağ qalmaq və fövqəladə vəziyyətlərə hazırlaşmaqla bağlı praktiki tövsiyələri əhatə edən kitab hazırlayır.

Globalinfo.az xəbər verir ki, “Eksmo” nəşriyyat qrupuna daxil olan “Bombora”nın yeni kitabında təhlükəli vəziyyətlər zamanı atılmalı addımlar barədə ətraflı təlimatların yer alması nəzərdə tutulur.

Kitabın redaktoru hesab edir ki, bu tövsiyələr oxucuların yalnız mümkün fövqəladə hallara hazırlaşmasına deyil, həm də narahatlığının azalmasına kömək edə bilər.

Nəşrin hazırlanmasında məsləhətçi qismində Rusiyanın əməkdar xilaskarı Dmitri Korinnı iştirak edib. O, Beslan, Moskva Dubrovkasındakı teatr mərkəzi və “Krokus Siti Holl”da baş vermiş terror aktlarından sonra xilasetmə və nəticələrin aradan qaldırılması işlərində, eləcə də Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasında qəzaya səbəb olan zəlzələ və sunamidən sonrakı əməliyyatlarda iştirak edib.

Korinnının sözlərinə görə, kitabda fövqəladə hallara müdaxilə ilə bağlı konkret və praktik göstərişlər təqdim olunacaq. O, təlimatın 1980-ci illərdə istifadə edilən sovet ilkin hərbi hazırlıq dərsliyinin daha geniş versiyasına bənzəyəcəyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: