İranın ali rəhbəri Müctəba Xameneyi ölkənin kəşfiyyat sisteminin yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.
Qərar son illərdə təhlükəsizlik sahəsində üzə çıxan ciddi boşluqlar fonunda qəbul edilib.
Onun sözlərinə görə, parlament Kəşfiyyat Nazirliyində islahatların aparılmasını nəzərdə tutan qanun layihəsinin ümumi strukturunu artıq təsdiqləyib.
Qanun layihəsində, o cümlədən Kəşfiyyat Nazirliyinin rəhbəri vəzifəsinə namizədlərin seçilməsi meyarlarının genişləndirilməsi nəzərdə tutulur.
Qalibaf hökuməti sənəd Konstitusiyanın İcrasına Nəzarət Şurasında yoxlanıldıqdan sonra yeni nazirin təyinatını gecikdirməməyə çağırıb.
Qeyd edək ki, əvvəlki kəşfiyyat naziri İsmail Xətibin İsrailin zərbəsi nəticəsində öldüyü bildirilir. Onun ölümündən sonra nazir vəzifəsi vakant qalıb.
Tahir Turan
Globalinfo.az