owl detail 620 d30593c7ed8a1ae3da6e7506e66b399a

Rusiyanın Sankt-Peterburq şəhərində kirayədə yaşayan bir nəfər qonşularının şikayətindən sonra mənzildən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb kişinin dostları ilə birlikdə yeni çıxan GTA VI oyununu oynaması olub.

Kirayəçi iddia edib ki, dostları ilə mənzildə sakit vaxt keçiriblər və görüş gec saatlara qədər davam etməyib. Buna baxmayaraq, aşağı mərtəbədə yaşayan qonşular səs-küydən narazılıq edərək onlardan sakit olmalarını tələb ediblər.

Məlumata görə, bundan əvvəl də mənzildən gələn musiqi və söhbət səsləri ilə bağlı şikayətlər olub. Nəticədə qonşular mühafizə xidmətini çağırıb və ev sahibinə müraciət ediblər.

Mənzil sahibi isə kirayəçiyə dostları ilə tez-tez görüşməsinin evin köhnəlməsinə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, belə toplantılara yalnız “əlamətdar hadisələr” zamanı icazə verilə bilər.

Nəticədə kişidən ayın sonunadək mənzili boşaltması tələb olunub.

Qeyd edək ki, GTA VI noyabrın 19-da satışa çıxıb və PlayStation tarixində ən böyük təqdimat rekorduna imza atıb. Noyabrın 22-dək oyunu PlayStation 5-də 39 milyondan çox unikal istifadəçi başladıb. İlk dörd gündə oyunçular ümumilikdə 683 milyon saat GTA VI oynayıb, hər istifadəçiyə düşən orta göstərici isə 17,4 saat olub.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: