Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Berlində Milad bayramı öncəsi təhlükəsizlik məqsədilə quraşdırılan beton maneələri tənqid edib.

Globalinfo.az xəbər verir ki, diplomat bu barədə teleqram kanalında paylaşım edib.

O, Almaniya paytaxtının mərkəzindəki Milad bazarının ətrafına yerləşdirilən iri beton blokların görüntülərini yayımlayaraq, bu tədbirləri Almaniya hökumətinin siyasəti ilə əlaqələndirib.

Zaxarova paylaşımında Almaniyanın xarici işlər naziri Yohann Vadefulun soyadına işarə edən istehzalı ifadədən də istifadə edib.

Qeyd edək ki, Almaniyada son illərdə Milad bazarları və digər kütləvi tədbirlər zamanı nəqliyyat vasitələrindən istifadə edilməklə hücumlar baş verib. Bu səbəbdən hakimiyyət orqanları bayram məkanlarında təhlükəsizlik tədbirlərini gücləndirir.

“Bild” nəşrinin məlumatına görə, bu il bəzi şəhərlərdə maliyyə çatışmazlığı, təhlükəsizlik xərclərinin artması və texniki çətinliklər səbəbindən ənənəvi Milad bazarlarının keçirilməsindən imtina edilməsi də gündəmə gəlib.

Tahir Turan
Globalinfo.az

Paylaş: