“Biz bu matçda əlimizdən gələni etdik”.
Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının V turunda keçirilən “Sabah” – “Barselona” oyunundan sonra mətbuat konfransında təmsilçimizin baş məşqçisi Valdas Dambrauskas deyib.
O bildirib ki, oyunu yaxşı keçiriblər:
“İlk hissədə rəqiblə yaxşı mübarizə apardıq, onlara şans verməməyə çalışdıq. Lakin “Barselona” klubu o qədər gözəl paslaşırdı ki, onları izləyərkən sağa-sola baxmaqdan mənim boynum ağrıyırdı. Ümumi olaraq oyunumuzdan razıyam.
Nəzərə almaq lazımdır ki, biz daxili çempionatda tamam başqa tərzdə rəqiblərə qarşı oynayırıq və bu oyunlarda top daha çox bizdə qalır. Lakin bu matçda məhz öz oyunumuzu oynamağa rəqib imkan vermirdi. “Barselona” klubu anidən oyunun taleyini dəyişə biləcək potensiala malik komandadır. Bizim də matçda gözəl imkanlarımız oldu. Ümumi olaraq futbolçularımdan razı qaldım”, – deyə o bildirib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Sabah” – “Barselona” qarşılaşması 1:4 hesabı ilə başa çatıb.