ABŞ Prezidentinin xüsusi elçisi və Donald Trampın kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putin haqqında müsbət fikirlər səsləndirib.
Globalinfo.az-ın məlumatına görə, Kuşner “Axel Springer” şirkətinin baş direktoru Matthias Döpfnerin aparıcılığı ilə yayımlanan podkastda Putini tarixi şəxsiyyət adlandırıb.
“Onun etdiklərini təsdiqləyə və ya rədd edə bilərsiniz, amma o, mütləq siyasətin böyük ustasıdır. O, tarixi şəxsiyyətdir”, – deyə Kuşner bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Putinlə münasibətlərini yüksək qiymətləndirərək Rusiya lideri ilə “fantastik münasibətlərə” malik olduğunu söyləmişdi.
Tahir Turan
Globalinfo.az