ukrayna 1 1 2 2

Avropa İttifaqı Şurası Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kredit çərçivəsində 45 milyard avroya qədər maliyyə vəsaitinin verilməsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, qərar Aİ-nin Rəsmi Jurnalının saytında dərc olunub.

Sənədə əsasən, Ukraynaya 2027-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddətdə 45 milyard avroyadək maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.

Bundan əvvəl, noyabrın 16-da Aİ Şurası “Ukrayna Mexanizmi” proqramı çərçivəsində Kiyevə təxminən 8 milyard avro maliyyə yardımının ayrılmasını təsdiqləyib.

Bu, proqram çərçivəsində Ukraynaya edilən ən böyük birdəfəlik ödəniş kimi təqdim olunub. Qərarın Kiyevin daxili qanunvericilik islahatları ilə bağlı 20-dən çox şərti yerinə yetirməsindən sonra qəbul edildiyi bildirilib.

Digər tərəfdən, Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin layihəsini də təqdim edib. Təkliflər arasında Rusiya komandalarının və idmançılarının Aİ ərazisində Rusiya bayrağı altında və dövlət adından yarışlarda iştirakına, eləcə də idman tədbirlərində rəsmi Rusiya simvollarının nümayişinə qadağa qoyulması yer alır.

Tahir Turan
Globalinfo.az

Paylaş: