abbas arakci 900x518 2

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Tehrana qarşı kimyəvi silah hazırlamaqla bağlı ittihamlarının ABŞ-ı İranla yeni hərbi qarşıdurmaya cəlb etmək məqsədi daşıdığını bildirib.

Globalinfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Əraqçi əczaçılıq müəssisələrində kimyəvi silahların hazırlanması və gizlədilməsi ilə bağlı iddiaları İranı nüfuzdan salmaq və yeni münaqişəyə zəmin yaratmaq cəhdi kimi qiymətləndirib.

Nazir İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfi və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü olduğunu xatırladıb.

O, həmçinin Səddam Hüseynin hakimiyyəti dövründə İrana qarşı kimyəvi silahlardan istifadə edildiyini və bu silahların Qərbi Almaniya tərəfindən təchiz olunduğunu iddia edib.

Əraqçi İsraili nüvə, kimyəvi və bioloji silahlarla bağlı beynəlxalq müqavilələrə əməl etməməkdə də ittiham edib. Onun sözlərinə görə, İsrail yüzlərlə nüvə başlığına malikdir, regionda yeddi dövlətə hücum edib və üç dövlətin ərazisini işğal altında saxlayır.

Tahir Turan
Globalinfo.az

Paylaş: