miqrant 1 900x506 1

Rusiyada əmək patenti ilə işləyən əcnəbilər üçün yeni qaydalar tətbiq olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya DİN-in Miqrasiya Xidməti məlumat yayıb.

Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən onların işə başlaması və işdən çıxarılması barədə məlumatların Rusiya Daxili İşlər Nazirliyinə (DİN) təqdim edilməsi qaydası dəyişəcək.

Yeni qaydalara əsasən, bildirişin kim tərəfindən təqdim ediləcəyi işçinin hansı işəgötürənin yanında çalışmasından asılı olacaq.

Əcnəbi fiziki şəxsin yanında işləyirsə, əmək patenti aldığı gündən iki ay ərzində DİN-ə özü məlumat verməlidir.

Hüquqi şəxsin yanında işləyən əcnəbilərlə bağlı isə əmək müqaviləsinin bağlanması və ya ləğv edilməsi barədə məlumatı işəgötürən üç gün ərzində DİN-ə təqdim etməlidir.

Qeyd edək ki, əcnəbi işçinin işdən çıxarılması barədə vaxtında məlumat verməyən işəgötürən 800 min rubla qədər cərimələnə və ya onun fəaliyyətinə 90 günədək məhdudiyyət qoyula bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: