6b0481e52d9806b0481e52d98117954575096b0481e52d97e6b0481e52d97f 1

Bakının Binəqədi rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə Sulutəpə qəsəbəsinin Aran küçəsində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsi 150 kvadratmetr sahədə, həmçinin dam örtüyü və pilləkən qəfəsi yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun bitişik tikililərə keçməsinin qarşısı alınıb.

Evin birinci mərtəbəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


6b0481e532c586b0481e532c5917954575096b0481e532c566b0481e532c57 6b0481e53d8826b0481e53d88317954575096b0481e53d8806b0481e53d881 6b0481e537f916b0481e537f9217954575096b0481e537f8f6b0481e537f90 6b0481e5284ea6b0481e5284eb17954575096b0481e5284e76b0481e5284e9 6b0481e5211106b0481e52111117954575096b0481e52110e6b0481e52110f

Paylaş: